“AŞPA-dakı heyətin tərkibi rotasiya qaydasında dəyişib” - Səməd Seyidov

  05 Yanvar 2018    Oxunub : 1122
“AŞPA-dakı heyətin tərkibi rotasiya qaydasında dəyişib” - Səməd Seyidov

"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək".

AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaq: "Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal prosesdir. Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər".

O, qeyd edib ki, nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: AŞPA