Xızıda 24 min partlamamış hərbi sursat tapılıb
Partlayışdan sonra Agentliyin 195 nəfər şəxsi heyəti həmin ərazidə təmizləmə əməliyyatlarına cəlb olunub. İndiyədək 108 gün ərzində həyata keçirilən təmizləmə əməliyyatı zamanı 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 24 341 ədəd partlamamış hərbi sursat (PHS), 16 061 ədəd partlamış-yanmış sursat qalıqları və 91 783 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 77 519 669 kv.m (7 752 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. Ərazidə əməliyyatlar davam etdirilir.
AzVision.az