“ASAN xidmət” mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət” mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb
  08 Yanvar 2018    Oxunub:2191
Rzayevlər ailəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti