Azərbaycanın qırıcıları Ermənistanı geridə qoydu

  08 Yanvar 2018    Oxunub : 8754
Azərbaycanın qırıcıları Ermənistanı geridə qoydu
“Flight International” jurnalı dünya ölkələrinin hərbi hava qüvvələrinin 2018-ci ilə dair hesabatını açıqlayıb.
AzVision.az xəbər verir ki, reytinqdə 2831 hərbi təyyarə ilə ABŞ birinci yerdə qərarlaşıb. İkinci yerdə Rusiya (1547 təyyarə), üçüncü yerdə isə Çin (1527 təyyarə) yer alıb.

Hesabatda vurğulanıb ki, Azərbaycanın Hərbi Hava Qüvvələri Ermənistandan üstündür. Qeyd olunub ki, Azərbaycanın “MiQ -21”, “MiQ-29” və “SU-25” tipli qırıcı təyyarələri say baxımdan Ermənistanın sahibi olduğu təyyarələrdən qat-qat çoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Reytinq   Azərbaycan   Ermənistan