Ramil Usubov yeni polis rəisi təyin etdi

Ramil Usubov yeni polis rəisi təyin etdi
  09 Yanvar 2018    Oxunub:5135
Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Vəfadar Orucov Daşkəsən Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

V. Orucov Göygöl Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov bir müddət əvvəl Ağsu Rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti