263 minə yaxın istehlakçının işi asanlaşıb

263 minə yaxın istehlakçının işi asanlaşıb
  09 Yanvar 2018    Oxunub:1205
“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə ötən il 263 minə yaxın istehlakçıya xidmət edib.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, qurum tərəfindən 2017-ci il ərzində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Ötən ilin yanvar-dekabr ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Komunal”, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Sumqayıt və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 262 666 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

AzVision.az


Teqlər: Azəriqaz   ASAN-Xidmət  





Xəbər lenti