Naxçıvanlılar 2018-ci ilə borcsuz başladılar
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib. Muxtar respublikanın müəssisə və təşkilatları isə ödənişi 114,1 faiz icra edib.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Məlumata əsasən, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerjisi ödənişi 100 % nəticə ilə yerinə yetirilib. Muxtar respublikanın müəssisə və təşkilatlarında isə ödəniş 106,5 faiz icra olunub.
Anar Kəlbiyev
AzVision.az