Qarabağda iki erməni əsgər minaya düşüb

Qarabağda iki erməni əsgər minaya düşüb
  09 Yanvar 2018    Oxunub:2530
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iki erməni əsgər minaya düşüb.

AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş versə də, bu barədə rəsmi məlumat indi yayılıb.
Yaralanan hərbçilər Xankəndindəki hospitala yerləşdirilib. Hər iki əsgərin ayağı amputasiya olunub.

Ötən gün isə onlar Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına aparılıblar. Onlardan birinin – N.Marukyanın vəziyyətinin ağır olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qarabağ   Mina  





Xəbər lenti