Nazir açıqladı: Ərdoğan Merkellə barışmaq istəyir
AzVision.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Biz dialoqu davam etdirməliyik”, - deyə Çavuşoğlu bildirib.
Nazir, həmçinin vurğulayıb ki, Ərdoğan dəfələrlə Merkel və Almaniya prezidenti Frank-Valter Ştaynamyerlə telefonla danışıb.
Qeyd edək ki, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra pisləşib. Aİ çevriliş cəhdindən sonra Türkiyə rəhbərliyinin kütləvi həbslərlə bağlı qərarını tənqid edib və Türkiyənin bu quruma daxil olması ilə bağlı prosesdə yeni səhifənin açılmasını dayandırıb.
Eldar Tanrıverdiyev
AzVision.az