Uşaqların əsas problemləri - 33 minə yaxın müraciət edilib

Uşaqların əsas problemləri - 33 minə yaxın müraciət edilib
  12 Yanvar 2018    Oxunub:1456
Fəaliyyət göstərdiyi yeddi il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32708-ə yaxın müraciət edilib.
Xidmətdən AzVision.az–a verilən xəbərə görə, qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Qeyd olunub ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2010-2017-ci il tarixinə qədər qeydə alınmış statistik göstəricilər aşağdakı kimidir:

*Psixoloji problemlərlə edilən müraciətlərin sayı -7050;
*Təhsil sahəsini əhatə edən müraciətlər - 7715;
*Sosial sahəyə aid müraciətlər - 8167;
*Hüquqi sahə ilə bağlı müraciətlər -5446;
*Səhiyyə sahəsinə aid istiqamətlənən müraciətlər - 1771;
*Digər zənglər - 2559 olub.


Bildirilib ki, qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri və rayonlarlar ilə məhdudlaşmayıb. Belə ki, xidmətə İs¬tan¬bul, Moskva, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya, Sank – Peterburq, Şimali Kipr, Qazaxıstandan da müraciətlər daxil olub. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2017-ci ilin yanvar-dekabr hesabat dövrü ərzində 3424 müraciət daxil olub. Müraciətlər şəhərdaxili (1824), mobil telefon (2204), mobil sms (15) müraciət daxil olub.

Aparılan təhlil nəticəsində aşağıdakı sahələr üzrə müraciətlər qəbul edilib: Psixoloji problemlərlə bağlı müraciətlər – 467, təhsil sahəsi ilə bağlı müraciətlər – 1958, sosial sahə ilə bağlı müraciətlər – 530, hüquqi sahə ilə bağlı müraciətlər – 283, səhiyyə sahəsi ilə bağlı müraciətlər – 18, digər zənglər isə 175 olub.

AzVision.az



Teqlər: uşaq   qaynar-xətt  





Xəbər lenti