Naxçıvanın Ədliyyə Nazirliyi hesabat verdi

Naxçıvanın Ədliyyə Nazirliyi hesabat verdi
  19 Yanvar 2018    Oxunub:2724
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin bölmə və qruplarının icraatına ötən il 3872 icra işi daxil olub, bunlardan 952 işin icrası başa çatdırılıb, 2561 iş icraya yönəlib, 100 iş geri qaytarılıb, 185 iş ərazi aidiyyəti üzrə göndərilib, 8 işin icraatı dayandırılıb, 66 iş üzrə isə axtarış qərarı verilib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyilib.

Bildirilib ki, Qeydiyyat və notariat şöbəsi tərəfindən 2017-ci il ərzində 1 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 5 qeyrikommersiya hüquqi şəxs reyestrdən çıxarılıb. Qeyri-kommersiya hüquqi şəxslərin reyestrinə 3 dəyişiklik edilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 21 min 58 manat rüsum dövlət büdcəsinə ödənilib.

Məhkumların əməyə cəlb olunması məqsədilə 17 məhkum əməyi ödənilməklə təsərrüfat işlərinə, 22 məhkum “Yaradıcılıq və istehsalat” binasında müxtəlif əl işlərinin düzəldilməsi işinə, eləcə də 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən 10 nəfər digər ödənişli işlərə cəlb edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Ədliyyə  





Xəbər lenti