Keçmiş məhkum pulemyotla yaxalandı

Keçmiş məhkum pulemyotla yaxalandı
  23 Yanvar 2018    Oxunub:1472
Daxili işlər orqanlarının əıməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

AzVision.az


Teqlər: Silah   DİN  





Xəbər lenti