Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Mübariz Qurbanlı vətəndaşları qəbul edib
  30 Yanvar 2018    Oxunub:1673
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci il üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Şirvan şəhərində bölgə vətəndaşlarını qəbul edib.
DQİDK-dən AzVision.az-a bildiriblər ki, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.



Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarından olan sakinlərin müraciətlərinə baxıb. Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.



Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər: DQİDK   Mübariz-Qurbanlı  





Xəbər lenti