Prezident şirkət direktorunu qəbul edib - Yenilənib

Prezident şirkət direktorunu qəbul edib - Yenilənib
  01 Fevral 2018    Oxunub:3118
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də “Smart Africa” Təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni qəbul edib.
AzVision.az xəbər verir ki, Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən “Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırladı. 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure Təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə “Smart Africa” Təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğuladı.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Şirkət  





Xəbər lenti