FHN-dən Bayıldakı vəziyyətlə bağlı açıqlama

FHN-dən Bayıldakı vəziyyətlə bağlı açıqlama
  02 Fevral 2018    Oxunub:2609
Bayıl yamacındakı sürüşmə ərazisində monitorinq işlərinə başlanılıb.

Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
FHN rəsmisinin sözlərinə görə, sürüşmə ərazisində tədqiqat işləri aparılır:

“Monitorinq başa çatandan sonra nəticələri ictimaiyyətə açıqlanacaq. Hələki əraziyə baxış keçirilir. Oradakı evlərlə bağlı qərar monitorinq əsasında veriləcək”.

Qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi olan 90-a yaxın ev müəyyən edilib. 80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Evlərə işıq, qaz və suyun verilməsi dayandırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: FHN   Bayıl   Sürüşmə  





Xəbər lenti