Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  06 Fevral 2018    Oxunub:1439
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçiriblər. Monitorinq insidentsiz başa çatıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Cəbhə   Monitorinq   ATƏT  





Xəbər lenti