Vəkillik fəaliyyəti barədə qanun dəyişdi

Vəkillik fəaliyyəti barədə qanun dəyişdi
  06 Fevral 2018    Oxunub:2742
Azərbaycan prezidenti İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 16-cı maddənin III hissəsində “prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözləri ilə, 20-ci maddənin I hissəsinin birinci cümləsində isə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və” sözləri “İnzibati qaydada tutulmuş şəxslərə,” sözləri ilə əvəz edilib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qanun   Vəkil  





Xəbər lenti