Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edilib
  07 Fevral 2018    Oxunub:1455
Fevralın 7-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti