Bayılda 6 istiqamətdə seysmoloji tədqiqat aparılır

  07 Fevral 2018    Oxunub : 704
Bayılda 6 istiqamətdə seysmoloji tədqiqat aparılır
Bayıldakı sürüşmə yamacında 6 istiqamət üzrə fundametendal tədqiqat aparılır.
Bu barədə AzVision.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, tədqiqat işləri sürüşmə müstəvisini, onun istiqamətini, nə ilə əlaqədar olduğunu, suxurların yatım bucağını müəyyən etmək məqsədilə aparılır.

“Uzun müddətli tədqiqat tək sürüşmə zonası olan lokal sahədə deyil, Badamdar sürüşmə zonasında da aparılır. "Teleqüllə"nin arxa hissəsindən Şəhidlər Xiyabanına, "Gülüstan" sarayının alt hissəsi, Nərimanov heykəlinə qədər ərazilərdə, dənizqırağında fundamental tədqiqat işi aparırıq. Bu, uzun müddət davam edən prosesdir. Ərazidə gedən proseslərin nədən baş verdiyini bilmək lazımdır ki, sonradan onun qarşısının alınması üçün işlər görülsün”.

Qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi olan 90-a yaxın ev müəyyən edilib.

Aytən Zəhra
AzVision.az

Teqlər: Bayıl   Qurtan-Yetirmişli