Sürücülər üçün "kor zonalar" - Valideynlər diqqətli olsun!

Sürücülər üçün "kor zonalar" - Valideynlər diqqətli olsun!
  08 Fevral 2018    Oxunub:3059
Son günlər sürəti və manevr imkanları məhdud olan nəqliyyat vasitələri ilə - qoşqulu traktorla, mişar daşı yüklü "KamAz"la piyada vurulmasından ibarət 3 ağır hadisə barədə məlumat yayılıb. İki hadisədə ölənlər uşaqlardır.
AzVision.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov baş verən hadisələrlə bağlı valideynlərə müraciət edib.

"Belə nəqliyyat vasitələrini idarə edən sürücü doğrudan da ətrafında hər şeyi görə bilmir ("kor zonalar" səbəbindən), xüsusən də mürəkkəb hərəkət şəraitində - döngədə, tıxac və ya sıxlıq olan yerdə sürücünün başı elə qarışa bilər ki, imkanı olduğu istiqaməti görməz. Bunu nəzərə almaq, xüsusən də uşaqlara yaxşı öyrətmək lazımdır. Uşaqlar balacaboy və daha dinamik olduqlarından sürücü üçün daha "görünməz" olurlar".

Fotoda məşhur "kor zonalar", yəni iri avtomobilin sürücüsünün görə bilmədiyi sahələr təsvir olunub.



AzVision.az


Teqlər: Ekspert   Qəza   Xəbərdarlıq  





Xəbər lenti