Xarici siyasətlə bağlı yürüdülən siyasətin özünü doğrultduğunu, Azərbaycanın dostlarının sayının çoxaldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, müsəlman aləmində çox böyük dəstək qazanıb, Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb.
Prezident gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu vurğulayıb, 2018-ci ilin sürətli inkişaf ili olacağına əminliyini ifadə edib.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident YAP Qurultay