“Yeni sazişlə bağlı intensiv danışıqlar aparılır” - Məmmədyarov

“Yeni sazişlə bağlı intensiv danışıqlar aparılır” - Məmmədyarov
  09 Fevral 2018    Oxunub:1746
Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni sazişlə bağlı intensiv danışıqlar aparılır.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Yeni saziş Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrdə yeni mərhələ açacaq. İşlər davam etdirilir, bu, heç də asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq”, - deyə nazir bildirib.

Məmmədyarov, eyni zamanda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya üzrə sazişlə bağlı danışıqların davam etdirildiyini vurğulayıb: “İmzalanacaq saziş Azərbaycanda turizmin inkişafına daha da təkan verəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan   Məmmədyarov  





Xəbər lenti