XİN: Rusiyada təyyarə qəzasında ölən şəxs Azərbaycan vətəndaşıdır

XİN: Rusiyada təyyarə qəzasında ölən şəxs Azərbaycan vətəndaşıdır
  12 Fevral 2018    Oxunub:1876
Rusiyada təyyarə qəzasında ölən azərbaycanlının Azərbaycan vətəndaşı olduğu təsdiqlənib.
Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olması araşdırılıb:

"Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır".

XİN rəsmisi qeyd edib ki, məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi və aidiyyəti dövlət qurumları RF-nin müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan.Hikmət-Hacıyev   Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti