Lətif Hüseynovun səlahiyyətləri artırıldı

  13 Fevral 2018    Oxunub : 738
Lətif Hüseynovun səlahiyyətləri artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik edilib.

AzVision.az xəbər verir ki, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilib.

Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

Layihədə bildirilib ki, təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində hazırkı hakimi Lətif Hüseynovdur.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis