AZINNEX-in Müşahidə Şurasının görüşü keçirilib

AZINNEX-in Müşahidə Şurasının görüşü keçirilib
  13 Fevral 2018    Oxunub:1379
Azərbaycanın 10 ən qabaqcıl İKT şirkətinin üzv olduğu Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) Müşahidə Şurasının 2018-ci il üçün ilk görüşü keçirilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az–a verilən xəbərə görə, görüşdə Konsorsiumun Müşahidə Şurasının cari sədri, BESTCOMP GROUP şirkətinin rəhbərliyi tərəfindən 2017-ci ildə icra edilmiş işlər barədə yarımillik hesabat təqdim olunub. Hesabat dövründə AZINNEX-in hüquqi qeydiyyat məsələsi tam təmin olunub, AZINNEX tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilib və ilkin satış uğurları əldə edilibdir. Həmçinin AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər də davam etdirilir.

AZINNEX Müşahidə Şurasının yeni sədri “Ultra Technologies” şirkətinin direktoru təyin edilib. Yeni sədr çıxış edərək 2018-ci ildə görüləcək işlər haqqında məlumat verib və İllik Fəaliyyət Planını təqdim edib. Konsorsiumun 2018-ci ildə əsas prioritetləri potensial bazarlara çıxış imkanları, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, xarici ölkə nümayəndəliklərinin yaradılması, təbliğat və marketinq fəaliyyətlərinin genişləndirilməsi, o cümlədən Konsorsiumunun inzibati işlərinin inkişaf etdirilməsi kimi önəmli istiqamətlər müəyyənləşdirilib.

Müşahidə Şurasının iclası daha sonra cari strateji, təşkilati və inzibati məsələlərin açıq müzakirələri ilə davam etdirilib. Azərbaycanın innovasiya ekosisteminin aktiv iştirakçısı və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasında əhəmiyyətli rola malik olan AZINNEX 2018-ci ili fəaliyyətində uğurlu başlanğıc ili olaraq hədəfləyib.

AzVision.az


Teqlər: AZINNEX   ASAN-Xidmət  





Xəbər lenti