Prezident serbiyalı həmkarını təbrik edib

Prezident serbiyalı həmkarını təbrik edib
  14 Fevral 2018    Oxunub:1649
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident. Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti