Bosniya və Hersoqovinanın rəhbəri Bakıya gələcək
Bildirək ki, Bosniya və Herseqovina hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında bir neçə ildir səmərəli əməkdaşlıq əlaqələri mövcuddur və birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə 2016-cı ilin noyabrında Sarayevoda Mərkəzin IX ali səviyyəli toplantısı, fevralda isə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" movzusunda xüsusi toplantı baş tutub. Həmin toplantı çərçivəsində NGBM üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşlər də keçirilib. 2017-ci il noyabrın 20-də isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə “Balkanların Avropa gələcəyi” movzusunda konfrans təşkil olunub.
Qeyd edək ki, 15-18 mart tarixində keçirləcək VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç, digər ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri, nazirləri, görkəmli siyasətçiləri, ziyalıların iştirakı gözlənilir. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət, Çinin xarici siyasəti kimi bir sıra qlobal məsələlərin müzakirəsi planlaşdırılır.
AzVision.az
Teqlər: Bosniya-Hersoqovina Azərbaycan