Gənc istedadların təqaüdü 100 manat artırıldı

Gənc istedadların təqaüdü 100 manat artırıldı
  22 Fevral 2018    Oxunub:3785
Prezident İlham Əliyev fevralın 22-də "Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 manat müəyyən edilib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Gənc   Təqaüd  





Xəbər lenti