Naxçıvanda 211 məscid var

Naxçıvanda 211 məscid var
  28 Fevral 2018    Oxunub:2484
Müstəqillik illərində muxtar respublikada 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda bir yeni məscidin tikintisi və 2 imamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə, muxtar respublika ərazisində 211 məscid fəaliyyət göstərir.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay icma rəhbərlərinin iştirakı ilə tədbirlər təşkil olunur. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları vaxtaşırı məscidlərdə olur, yas mərasimlə- rinin düzgün aparılması, dini fəaliyyətlə məşğul olanların vahid geyim formasına riayət etmələri, dini və məzhəb ayrı-seçkiliyinə yol verilməməsi ilə bağlı tədbirlər görülür. Nəticədə, məscidlərdə İslam dini olduğu kimi təbliğ edilir, dini əsaslara uyğun ibadətlər təşkil olunaraq tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Görülən işlərin nəticəsi olaraq uzun müddətdir ki, muxtar respublikada müxtəlif məzhəblərə məxsus şəxslərin məscidlərdə birgə ibadət etmələri təmin olunub. Məscidlərdə axundlar tərəfindən namazların və eləcə də cümə namazlarının təşkili dini qaydalara uyğun aparılır.

Vaxtilə bu sahədə olan pərakəndəliyi aradan qaldırmaq, İslam dininin xurafatdan uzaq, olduğu kimi təbliğinə nail olmaq üçün dini mərasimləri idarə edən 278-i kişi, 180-i isə qadın olmaqla, 458 dini fəaliyyətlə məşğul olan şəxs attestasiyadan keçirilib, bunlardan 250-si kişi, 135-i isə qadın olmaqla, 385 nəfərə vəsiqələr verilib. Qeydiyyatdan keçənlər iki ildən bir ödənişsiz olaraq yay və qış fəslinə uyğun iki dəstdən ibarət vahid geyim forması ilə təmin olunurlar.

AzVision.az


Teqlər: Naxçıvan   Din   Komitə  





Xəbər lenti