“Azərbaycan xalçası” brendi yaradılacaq

“Azərbaycan xalçası” brendi yaradılacaq
  01 Mart 2018    Oxunub:2398
“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC 2018-2022-ci illərdə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqini təmin etməlidir. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-yə 2018-2019-cu illərdə Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması tapşırılıb.

AzVision.az


Teqlər: Xalça   Brend  





Xəbər lenti