Ötən ay 1437 ədəd partlamamış hərbi sursat tapılıb

Ötən ay 1437 ədəd partlamamış hərbi sursat tapılıb
  05 Mart 2018    Oxunub:1098
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, bu ilin fevral ayı ərzində 8,870,514 m2 (887.05 Ha) ərazi yoxlanılıb, 1 437 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 513,640,781 m2 (51 364.07 Ha) ərazi təmizlənmiş və 792,609 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 9, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 12, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Şöbəsindən 1 müraciət daxil olub.

Müraciətlər əsasında 14,425 m2 ərazi təmizlənib, 995 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 996 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Füzuli, Gəncə, Şəmkir, Tərtər, Xızı, Sumqayıt və Bakı şəhərində həyata keçirilib. Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

AzVision.az


Teqlər: ANAMA   Mərmi   Silah-Sursat  





Xəbər lenti