Vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb

Vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb
  06 Mart 2018    Oxunub:1261
Beş dövlət orqanında ümumilikdə vakant vəzifələr üzrə daxili müsahibə elan edilib.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində (130 vakant vəzifə), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyində (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyində (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib. Vakant vəzifələr üzrə sənəd qəbulu martın 19-dək davam edəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyində (10 vakant vəzifə) və Tarif Şurasının Katibliyində (1 vakant vəzifə) olan vakant vəzifələr üzrə elan edilmiş daxili müsahibələrə sənəd qəbulu yekunlaşıb və müraciət etmiş dövlət qulluqçuları ilə müsahibələr yaxın günlərdə keçiriləcək.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti