Afrində uğurlu əməliyyat: Şəhər terrorçulardan azad edildi

  08 Mart 2018    Oxunub : 778
Afrində uğurlu əməliyyat: Şəhər terrorçulardan azad edildi
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin cənub-qərbində yerləşən Cinderes şəhərini terrorçulardan azad edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uğurla əməliyyatlar nəticəsində Afrin bölgəsində ikinci ən böyük şəhər olan Cinderes PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib.

Son məlumatlara görə, "Zeytun budağı" əməliyyatında indiyədək 3089 terrorçu zərərsizləşdirilib, 800 kv.km ərazi terrorçulardan alınıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az

Teqlər: Türkiyə   Afrin   Suriya