"ASAN Xidmət"lə ISESCO arasında Memorandum təqsdiqləndi

"ASAN Xidmət"lə ISESCO arasında Memorandum təqsdiqləndi
  10 Mart 2018    Oxunub:1888
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam ISESCO-ya bildiriş göndərmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   ASAN-Xidmət  





Xəbər lenti