Ramil Usubov sıra baxışı keçirib
Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tapşırıqlarını xatırladan nazir bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.
General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tələb və tövsiyələrini verib.
AzVision.az
Teqlər: Ramil-Usubov DİN