Binəli Yıldırım ABŞ və Rusiyaya səsləndi: "Bu, alçaqlıqdır"

Binəli Yıldırım ABŞ və Rusiyaya səsləndi: "Bu, alçaqlıqdır"
  13 Aprel 2018    Oxunub:1903
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la Rusiya arasındakı gərginliyi şərh edib.
AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, baş nazir bunu sosial şəbəkə vasitəsilə gedən qarşıdurma kimi qiymətləndirib.

“Bölgə uzun illərdir vətəndaş müharibəsi, köç səbəbilə böyük bədəl ödəyib. Dostlarımıza işləri daha da qarışıq hala gətirəcək addımlar atmaqdan uzaq durmalarını tövsiyə edirik. Prezidentimiz həm Rusiya, həm də ABŞ dövlət başçıları ilə əlaqə saxlayıb”, - B.Yıldırım qeyd edib.

Baş nazir deyib ki, kimyəvi silahdan istifadə etmə alçaqlıqdır: “Kimyəvi silahdan istifadənin, günahsız insanları, uşaqları qətl etmənin əfvi mümkün deyil. Bu, alçaqlıqdır. Bunu şiddətlə və nifrətlə qınayırıq. Bunu edənlər bədəlini ödəməlidir”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti