QHT sədrindən sual: `Əsl Cəmil Həsənli hansıdır?`

QHT sədrindən sual: `Əsl Cəmil Həsənli hansıdır?`
  07 Oktyabr 2013    Oxunub:1707
Seçkiləri öncəsi durum müxalifət adı altında “siyasi şou” sərgiləyən bir qrup şəxslərin siyasi obrazlarını yüksək məharətlə canlandırmaları ilə yadda qaldı. Bunu saytımıza açıqlamasında “Demokratik islahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.
QHT sədrinin sözlərinə görə, müəyyən qisim insanlar üçün əqidə önəmli yerdə dayanır: “Ancaq təəssüflə qeyd etməliyəm ki müxalifət adı altında siyasi obrazlara girən bir qrup insanlar öz şəxsi maraqlarını təmin etmək üçün harda dayanmaq lazımdırsa dayanacaqlarını, hansı maskadan istifadə etmək lazımdırsa edəcəklərini bir daha göstərdilər. Ancaq unutdular ki, bunların yaddaşları paslansa da, bu millətin nə yaddaşı, nə də təhlil qabliyyəti hələki normal səviyyədədir. Hamı yaxşı bilir ki, 21 ildir siyasi səhnədə heç bir iz qoya bilməyən Musavat-AXCP cütlüyü son şanlarını test etmək üçün Cəmil Həsənli maskası altında gizlənməli oldular. Hansı ki, 11 il AXCP sədrinin müavini kimi fəaliyyət göstərməsinə rəğmən, Azadlıq blokunun rəsmi namizədi olmasına baxmayaraq, 2005- ci il parlament seçkilərində təmsil olunduğu blok onun qələbəsini tanımadığı üçün “doğma” partiyasını tərk etdi. İndi nə baş verdi ki, 2010-cu ildə 18 saylı dairədə Cəmil Həsənlini deputatlığa namizədliyə layiq görməyənlər, onu birdən- birə prezidentlik kürsüsünə namizəd gördülər?
Seçki təşviqatı müddətində Cəmil Həsənli ölkədə keçirilən bütün seçkilərin saxta olduğunu təkrarlamaqdan yorulmadı. Ancaq 2006 ci ildə həmin “ saxta” seçkinin nəticəsində parlamentdə təmsil olunmaq üçün bu günkü dostlarından uzaqlaşaraq, Milli Məclisin işinə qatılmasını parlamentin legitimliyinin beynəlxalq qurumlar və ayrı-ayrı dövlətlər tərəfindən tanıması və ona səs vermiş seçicilərin səslərinə və iradəsinə hörmətlə yanaşmağın zəruriliyi kimi izah edirdi. Debatlar boyu hamıya sual ünvanlayan Cəmil müəllimə mənim də sualım var. Etitaf etsin əsl Cəmil Həsənli siması hansıdır? 2006-dakı ya 2013 dəki?

Bu gün “Milli Şura”nın digər populyar siması olan, 2010-cu il parlament seçkilərinə kimi İlham Əliyevin bir nömrəli təbliğatçısı olan xanım Hacıbəyli 10 ildə görə bilmədiklərini necə oldu ki, mandatsız olduğu son 3 ildə görə bildi? 10 il parlament kürsüsündən bir dəfə də olsa gəncləri, təqaüdçüləri, həkimi, müəllimi xatırlamayan Gültəkin xanım, 3 ildən sonra bunları xatırladı. Xanım Hacıbəylinin bu gün media səhifələrində cani-dildən “demokratik qüvvələr” deyə müdafiə etdiyi “ dostları” çox uzaq olmayan keçmişdə “Azadlıq” qəzetinin səhifələrinfə ona lətifələr yazırdılar. Son üç ildə görmədiklərini anidən görməyə başlayan Gültəkin xanım, bəlkə yaxın keçmişi ilə bağlı yaddaşını vərəqləsə daha yaxşı olar”.

V. Hüseynlinin sözlərinə görə, bu gün müxalifət düşərgəsində təmsil olunanların siyasətdən daha çox Azərbaycan dilinin incəlikləri ilə ciddi məşğul olduqları görünür. Çünki, 21 ildə hər seçki öncəsi və sonrası yaratdıqları siyasi birlikləri yadda siyasi fəaliyyətləri ilə deyil, demokratiyaya aid adları ilə qalıb: “Nümunə kimi, Yeni siyasət Bloku, Azadlıq Bloku, İctimai Palata, Ziyalılar Forumu, El Hərəkatı və nəhayət Rüstəm İbrahimbəyovun sonuncu ssenarisi əsasında ərsəyə gələn “Demokratik qüvvələrin Milli Şurası”. Düşünürəm bu ssenari artıq bu insanlar üçün fiasko oldu və bu seçki onların son akkordları olacaq. İnanmaq istəyirəm ki, seçkidən sonra bu insanlar Azərbaycan siyasi səhnəsini həmişəlik tərk etmək cəsarətini özlərində tapa biləcəklər”.


Teqlər:





Xəbər lenti