TOEFL IBT imtahanı keçiriləcək

TOEFL IBT imtahanı keçiriləcək
  20 Aprel 2018    Oxunub:957
Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 21-də növbəti TOEFL IBT imtahanı keçiriləcək.
DİM-dən AzVision.az-a bildiriblər ki, TOEFL IBT imtahanı qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 9.00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 8.15-dək imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumat almaq və qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti