"Peşə təhsili haqqında" qanun layihəsi qəbul olunub

"Peşə təhsili haqqında" qanun layihəsi qəbul olunub
  24 Aprel 2018    Oxunub:1441
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi üçüncü (yekun) oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

Bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq yekun oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun   Layihə  





Xəbər lenti