5 ildə 321 nəfər valideynlik hüququndan məhrum edilib

5 ildə 321 nəfər valideynlik hüququndan məhrum edilib
  25 Aprel 2018    Oxunub:1375
Azərbaycanda son 5 ildə 321 nəfər valideynlik hüququndan məhrum edilib.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov bildirib.
Komitə rəsmisi qeyd edib ki, ümumilikdə valideynlik hüquqlarından məhrum etmə ilə bağlı birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin sayı 531 olub.

“2013-cü ildə 92, 2014-cü ildə 98, 2015-ci ildəı 100, 2016-ci ildə 123, 2017-ci ildə isə 118 valideynlik hüquqlarından məhrum etmə ilə bağlı birinci instansiya məhkəmələrində mülki işlərə baxılıb. Baxılmış işlərə müvafiq olaraq 2013-cü ildə 60, 2014-cü ildə 60, 2015-ci ildə 62, 2016-ci ildə 76, 2017-ci ildə isə 63 şəxsin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı iş təmin edilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika  





Xəbər lenti