İndoneziya prezidenti İlham Əliyevə məktub göndərib

İndoneziya prezidenti İlham Əliyevə məktub göndərib
  03 May 2018    Oxunub:1100
İndoneziya prezidenti Coko Vidodo İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İndoneziya dövləti və xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi salamlarımı çatdırıram. Cənab Prezident, Azərbaycan xalqının böyük əksəriyyətinin Sizə yenidən etimad göstərməsi liderliyinizə inamın, vətəndaşlarınızın firavan həyatı naminə gördüyünüz böyük işlərə qiymətin bariz göstəricisidir. Fürsətdən istifadə edərək, icazə verin, yeni prezidentliyiniz müddətində Azərbaycan və İndoneziya arasında sıx əlaqələrin ölkələrimizin inkişafı və rifahı naminə daha da möhkəmlənəcəyinə səmimi ümidlərimi ifadə edim. Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

AzVision.az


Teqlər: İndoneziya   İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti