Braziliya prezidenti İlham Əliyevi təbrik edib

Braziliya prezidenti İlham Əliyevi təbrik edib
  04 May 2018    Oxunub:1197
Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir: "Cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, Braziliya ilə Azərbaycan arasında dostluq münasibətləri xalqlarımızın və beynəlxalq birliyin mənafeyi naminə daha da möhkəmlənəcək.

Bizi ayıran böyük coğrafi məsafəyə baxmayaraq, əminəm ki, müxtəlif sahələrdəki əməkdaşlığımız daha da genişlənəcək. Cənab Prezident, belə bir xeyirxah işi dəstəkləməkdə maraqlı olduğumu bir daha xüsusi vurğulayıram.

Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti