Azərbaycan ABŞ münasibətləri müzakirə olunub

Azərbaycan ABŞ münasibətləri müzakirə olunub
  11 May 2018    Oxunub:1423
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf tarixi və gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Həmçinin, regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov ölkəmizin enerji strategiyası, TANAP/TAP layihələrinin icrası və Avropanın enerji təhlükəsizliyində rolu, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilə əməkdaşlığı, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatında ölkəmizin iştirakı və NATO üzv dövlətlərinə, o cümlədən ABŞ-a Əfqanıstan əməliyyatı üçün göstərilən tranzit və logistika dəstəyi barədə danışıb.

Eyni zamanda görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.

AzVision.az


Teqlər: XİN   ABŞ  





Xəbər lenti