Qırğızıstan prezidenti İlham Əliyevə zəng edib

Qırğızıstan prezidenti İlham Əliyevə zəng edib
  18 May 2018    Oxunub:1245
Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər evrir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti