İraq prezidenti İlham Əliyevə məktub göndərib

İraq prezidenti İlham Əliyevə məktub göndərib
  25 May 2018    Oxunub:1022
İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.

Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram".

AzVision.az


Teqlər: İraq   Prezident   İlham-Əliyev   Təbrik  





Xəbər lenti