Sumqayıtda müdirini öldürən satıcı tutulub

Sumqayıtda müdirini öldürən satıcı tutulub
  25 May 2018    Oxunub:1770
Mayın 24-də Sumqayıt şəhərinin ərazisindən şəhər sakini Vüqar Quliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, həmin şəxs orada ölüb. Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Vüsal Novruzov saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, qətli törədən şəxs mərhum Vüqar Quliyevin işçisi olub.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti