“Heydər Əliyev Kuboku” turnirinə start verildi - FOTOLAR
08 İyun 2018
Oxunub:1711
Atçılıq Federasiyasının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi festival çərçivəsində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan atçılığın konkur növü üzrə "Heydər Əliyev Kuboku" turnirinə start verilib.
AzVision.az xəbər verir ki, Binə Atçılıq Mərkəzindəki “Elite Horse & Polo Club”un yaşıl arenasında keçirilən yarış iki kateqoriyadan ibarət olacaq. İlk kateqoriyada maneələrin hündürlüyü 125 santimetr, ikinci kateqoriyada isə 145 santimetrdir.
Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib ki, turnirin mükafat fondu 25 min dollardır.