Azərbaycanda bəzi yerlərdə sürüşmələr aktivləşib
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralov Bayıl dərəsində baş verən sürüşmədən sonra aparılan araşdırma işlərinin başa çatdığını və hesabatın Nazirliyə təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, Bayılda vəziyyət stabildir, təhlükəli vəziyyət mövcud deyil.
Aytən Zəhra
AzVision.az