Quba sakini bıçaqlanıb

Quba sakini bıçaqlanıb
  12 İyun 2018    Oxunub:1090
İyunun 11-də gecə saatlarında rayonun Zərdabi kənd sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, yaralı dərhal əməliyyat olunub. Bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. “İsti izlər”lə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq qısa vaxta müəyyən edilərək polis şöbəsinə qətirilib.

Araşdırma zamanı o, törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti