“Məşğulluq haqqında” qanun layihəsi müzakirə olundu

“Məşğulluq haqqında” qanun layihəsi müzakirə olundu
  21 İyun 2018    Oxunub:1374
Milli Məclisin Əmək və Sosial siaysət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, iclasda diqqətə çatdırılıb ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib.

Bildirilib ki, 37 maddədən iibarət olan qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı Milli Məclisin plenar iclasında səsləndirilən təkliflərin nəzərə alındığı diqqətə çatdırılıb.

Lahiyə Milli Məclisinn plenar iclasına tövsiyyə edilib.

AzVision.az


Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti